Putin Ukraynadakı böhranın səbəbini açıqladı

01.09.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

"Ukraynada böhran 2014-cü ildə Kiyevdə Qərbin təhrik etdiyi dövlət çevrilişi nəticəsində yaranıb".

"Unikal" xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində çıxışı zamanı vurğulayıb.

Putin münaqişənin səbəblərindən biri kimi Qərbin Ukraynanı NATO-ya cəlb etmək cəhdlərini göstərib:

"Böhranın səbəbi Qərbin Ukraynanı NATO-ya cəlb etmək üçün davamlı cəhdləridir ki, bu, bizim dəfələrlə vurğuladığımız və uzun illər ərzində dediyimiz kimi, Rusiyanın təhlükəsizliyinə birbaşa təhdiddir", - Putin vurğulayıb.

Gülayə Mecid 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью