Putin Ukraynadan sonra üzünü Cənubi Qafqaza çevirir? | Icma.az
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-Rusiya danışıqlarının başlamasından sonra Ukrayna müharibəsinin tezliklə başa çatacağı haqda fikirlər səsləndirilir.
İddia edilir ki, Ukrayna müharibəsi Rusiyanın qələbəsi ilə bitsə, Vladimir Putin üzünü Cənubi Qafqaza çevirəcək və ölkəsinin burada itmiş nüfuzunu bərpa etməyə çalışacaq.
Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyib ki, müharibənin Rusiyanın üstünlüyü ilə bitməsi mübahisəli məsələdir: “Müharibə hələ başa çatmayıb.
Rusiyanın iqtisadi vəziyyəti ağırdır. Döyüşləri davam etdirməyə gücü çatmır.
Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsi bitsə, bu o demək deyil ki, Moskva Cənubi Qafqazda güc dilinə keçəcək.
Fikrimcə, belə ağır müharibədən sonra Rusiya uzun müddət müharibə, gərginlik haqda düşünməyəcək”.
M.Sadəddinov qeyd edib ki, Ukrayna müharibəsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir: “Lakin bu o demək deyil ki, hamısı gerçəkdir.
Tam oxu
Xəbəri oxu