Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Rusiya Prezidenti Vladimir Putin ukraynalıları “tarixin doğru tərəfinə keçməyə” və geniş mənada Rusiya ilə birləşməyə çağırıb.
Modern.az xəbər verir ki, Putin bunu patriarx Kirillin 80 illiyi münasibətilə hazırlanan “Bizim vəftizimiz. Kilsə rəhbəri” filmi üçün rejissor Emir Kusturitsaya müsahibəsində deyib. O bildirib ki, nəzərdə tutduğu birləşmə vahid dövlət çərçivəsində olmaya da bilər.
Putin baş verənlərin Qərbin maraqlarına xidmət etdiyini və məqsədin bölgə xalqlarını zəiflədib öz iradəsinə tabe etmək olduğunu iddia edib.
O, Ukraynada hakimiyyəti millətçilərin ələ keçirdiyini, onların siyasətinin ölkədə əhalinin azalmasına və sənayenin tənəzzülünə gətirib çıxardığını da iddia edib. Putinin sözlərinə görə, Ukraynada “hər şey” Rusiyanın “cavab zərbələri” adlandırdığı hücumlardan əvvəl dağılıb.