Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın üç istiqamətdə atəşkəs təklif etdiyini açıqlayıb.
Sherg.azxəbər verir ki, Putin cümə günü Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunda iştirak edib. Prezident forumun qonaqları qarşısında çıxış edib, daha sonra jurnalistlərin qarşısına çıxaraq Ukraynanın bir neçə atəşkəs təklifinə münasibət bildirib. Söhbət enerji, hava və dəniz istiqamətlərində atəşkəsdən gedir.
Putin bildirib ki, sülh yolu ilə nizamlanmaya dair bütün təkliflər “masanın üzərindədir”, lakin Rusiya öz maraqlarına uyğun qərar qəbul etmək üçün onları nəzərdən keçirməlidir.
Prezident vurğulayıb ki, Rusiya yalnız ölkənin maraqlarına cavab verən şərtlərlə razılaşacaq və Kiyevin hadisələri manipulyasiya etməsinə imkan verməyəcək.
Putinin sözlərinə görə, Rusiya Ukraynanın hücumlarına cavab verməyə başlayıb və bu cavab tədbirləri Kiyev üçün ciddi nəticələr doğurub.
O bildirib ki, hazırda Ukrayna bir neçə istiqamətdə atəşkəs məsələsini gündəmə gətirir:
Enerji atəşkəsi - Kiyev neft emalı zavodlarına zərbələr endirməkdən imtina etməyə hazırdır.
Hava atəşkəsi - Putin Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın yenilənmiş uzaqmənzilli “Geran” PUA-larına qarşı effektiv vasitə tapa bilmədiyini bildirib.
Dəniz atəşkəsi - Kiyev Rusiyanın Qara dəniz sahillərində tətbiq etdiyi blokadanın aradan qaldırılmasını istəyir.
Putin bildirib ki, bütün bu məsələlər üzrə ilk addımları məhz Kiyev atıb və buna görə də Rusiya öz cavab zərbələrini davam etdirməlidir.
Rusiya prezidenti sonda Ukraynanın danışıqların bərpası və müxtəlif istiqamətlər üzrə atəşkəs təkliflərinin artıq “masanın üzərində” olduğunu bildirib.
“Bundan sonra bütün bunları diqqətlə düşünəcəyik və cavab olaraq nə etməli olduğumuzu müəyyənləşdirəcəyik. İstənilən halda bu istiqamətdə bütün qərarlar, o cümlədən danışıqlar prosesinin mümkün bərpası ilə bağlı qərarlar Rusiya Federasiyasının maraqlarından çıxış edərək qəbul olunacaq”, – Putin deyib.