Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Slovakiyanın baş naziri Robert Fitso ilə görüşü zamanı belə deyib.
“Ukrayna Şərqi Avropadakı qonşuları vasitəsilə əhəmiyyətli miqdarda enerji resursları alır. Revers rejimində (əks-istiqamətdə nəql – red.) gedən qaz tədarükünü dayandırın. Elektrik enerjisini kəsin və onlar dərhal başa düşəcəklər ki, başqalarının maraqlarını pozmaq sahəsində onların davranışlarında müəyyən məhdudiyyətlər mövcuddur”, - Rusiya lideri bildirib.
Ukrayna yenə “Dostluq” neft kəmərini vurub | VİDEO
Bundan əvvəl Robert Fitso Slovakiyanın Ukraynaya qaz nəqlini dayandırmağa “mənəvi haqqı” olduğunu vurğulayıb. O, xarici şirkətlərin məhz Slovakiyanın şərqindəki Voyanı kəndindəki qaz kəmərindən istifadə edərək Ukraynaya qaz ötürdüklərini xatırladıb.
- Bratislavanın Ukraynaya xarici qaz tədarükünü kəsmək üsullarını nəzərdən keçirmək hüququ var, çünki tədarüklər qaz qiymətlərinə daha ciddi təzyiq göstərir”, - Slovakiyanın baş naziri deyib.
Qeyd edək ki, Robert Fitsonun bu bəyanatı Ukraynanın Rusiyadan Slovakiyaya və Macarıstana ənənəvi enerjidaşıyıcılarını nəql edən infrastruktura zərbələr endirməsi ilə bağlıdır.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. “Ukrayna Şərqi Avropadakı qonşuları vasitəsilə əhəmiyyətli miqdarda enerji resursları alır. Revers rejimində (əks-istiqamətdə nəql – red.) gedən qaz tədarükünü dayandırın. Elektrik enerjisini kəsin və onlar dərhal başa düşəcəklər ki, başqalarının maraqlarını pozmaq sahəsində onların davranışlarında müəyyən məhdudiyyətlər mövcuddur”, - Rusiya lideri bildirib.
Ukrayna yenə “Dostluq” neft kəmərini vurub | VİDEO
Bundan əvvəl Robert Fitso Slovakiyanın Ukraynaya qaz nəqlini dayandırmağa “mənəvi haqqı” olduğunu vurğulayıb. O, xarici şirkətlərin məhz Slovakiyanın şərqindəki Voyanı kəndindəki qaz kəmərindən istifadə edərək Ukraynaya qaz ötürdüklərini xatırladıb. - Bratislavanın Ukraynaya xarici qaz tədarükünü kəsmək üsullarını nəzərdən keçirmək hüququ var, çünki tədarüklər qaz qiymətlərinə daha ciddi təzyiq göstərir”, - Slovakiyanın baş naziri deyib.
Qeyd edək ki, Robert Fitsonun bu bəyanatı Ukraynanın Rusiyadan Slovakiyaya və Macarıstana ənənəvi enerjidaşıyıcılarını nəql edən infrastruktura zərbələr endirməsi ilə bağlıdır.
Sahil İsgəndərov
AzVision.az