“Putin Ukraynaya qarşı daha sərt davrana bilərdi” Tramp

16.11.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“Rusiya lideri Vladimir Putin Ukraynaya qarşı daha sərt hərbi addımlar atmaq imkanına malik olsa da, bundan istifadə etmir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

“Düşünürəm ki, o, daha sərt davrana bilərdi. Açığı, hesab edirəm ki, o, daha sərt, hətta qat-qat sərt hərəkət edə bilərdi”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Trampın fikrincə, Rusiya rəhbərliyi malik olduğu bütün imkanlardan istifadə etməmək barədə şüurlu qərar verib. Bununla belə, ABŞ lideri Moskvanın hansı əlavə addımları ata biləcəyinə dair konkret nümunə göstərməyib.

Qeyd edək ki, Tramp bu açıqlamanı Asiya səfərinə yola düşməzdən əvvəl verib. Onun Filippin və Çində ASEAN və APEC çərçivəsində keçiriləcək tədbirlərdə iştirakı nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью