Putin Ukraynaya “təzminat” ödəməyə razıdır Cəmi 6 milyard dollar

22.01.2026

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Moskva sülh müqaviləsi bağlandıqdan sonra Ukrayna ərazilərini yenidən qurmaq üçün ABŞ-də dondurulmuş Rusiya valyuta ehtiyatlarının bir hissəsini istifadə etməyə hazırdır.

“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, bunu Rusiya Təhlükəsizlik Şurası ilə görüşdəki çıxışında Vladimir Putin deyib. Söhbət təxminən 6 milyard dollardan gedir. Putinin sözlərinə görə, Rusiya dondurulmuş aktivlərin 1 milyard dollarını "Sülh Şurasına"(onun işində iştirak edib-etməmək barədə yekun qərar verilməmişdən əvvəl) köçürə bilər: "ABŞ-dəki dondurulmuş aktivlərimizdən qalan vəsait Rusiya ilə Ukrayna arasında sülh müqaviləsi bağlandıqdan sonra hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş əraziləri yenidən qurmaq üçün istifadə edilə bilər. Biz bu ehtimalı ABŞ administrasiyasının nümayəndələri ilə də müzakirə edirik".

“Reuters”-in hesablamalarına görə, Putin Ukraynada müharibəyə başlayandan bəri ABŞ-də Rusiyanın təxminən 7 milyard dolları dondurulub. Ondan 1 milyardı “Sülh Şurası”na verilsə, yerdə 6 milyard dollar qalır.

Putinin qeyd etdiyi "Sülh Şurası" ideyası ABŞ Prezidenti Donald Trampa məxsusdur. Əvvəlcə bu struktur Qəzza zolağını idarə etmək üçün nəzərdə tutulmuşdu, lakin “Financial Times” qəzetinin məlumatına görə, onun nizamnaməsi münaqişə bölgələrində sülhü təşviq etmək üçün daha geniş mandatı nəzərdə tutur. Nəşrin məlumatına görə, Tramp administrasiyası şuraya BMT-yə potensial alternativ və Ukrayna ilə bağlı gələcəkdə mümkün razılaşmanın həyata keçirilməsini izləmək üçün bir vasitə kimi baxır.

Tramp administrasiyası həmçinin "Sülh Şurası"na daimi üzvlük istəyən ölkələrdən 1 milyard dollarlıq ianə istəyib.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью