Putin Ukraynaya yeni hücum kampaniyasına hazırlaşır Tarix açıqlandı

15.05.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Möcüzə baş vermədi. Mən proqnozlaşdırdığım kimi. Bundan əlavə, nəinki Putin İstanbula uçmur, Lavrov və Uşakov da orada olmayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu ukraynalı diplomat və politoloq Vadim Tryuxan İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında bu gün keçiriləcək danışıqlar haqda sosial şəbəkə hesabında qeyd edib.

V.Tryuxanın sözlərinə görə, bunun əvəzində Kreml bir nömrəli plagiatçı Medinskini naməlum üçüncü dərəcəli diplomatik və hərbi təbliğatçılardan ibarət kotorqa ilə göndərir.

Birincisi, Moskva belə qərara gəlib ki, bu yolla yenə də Trampın tələbini rəsmi şəkildə yerinə yetirmiş olur və o, elan olunmuş sanksiyaları tətbiq etməyəcək.

İkincisi, bununla Putin xuntası öz fəaliyyətlərində ardıcıllığı qoruduğunu göstərir. Medinski 2022-ci ilin martında ukraynalılarla danışıqlarda nümayəndə heyətinə başçılıq edib və elə o da, “dialoq”u indi davam etdirəcək.

Vadim Tryuxan

Üçüncüsü, ruslar ümid edir ki, Ukrayna tərəfdən də danışıqlara 3 il əvvəl Araxamiyanın rəhbərlik etdiyi nümayəndə heyəti gələcək və sonrası məlumdur…”

Ukraynalı diplomat qeyd edib ki, bu, tamamilə proqnozlaşdırıla bilən bir ssenaridir:

“Bir nömrəli hərbi cinayətkardan başqa heç nə gözləmək lazım deyildi. Ona atəşkəs lazım deyil, o, Ukrayna ordusunu hərbi məğlubiyyətə uğratmaq və onun daha bir neçə vilayətini işğal etmək üçün son şans kimi yayda olacaq hücum kampaniyasına intensiv hazırlaşaraq vaxt qazanır. Təəssüf ki, Putinin bu yöndəmsiz diplomatik xüsusi əməliyyatını Vaşinqtonda sezə bilmirlər”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью