Putin vacib açıqlamalar verəcək Müharibə dayanır?

15.08.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Rusiya Prezidenti Vladimir Putin sentyabrın əvvəlində Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumunda mühüm açıqlamalarla çıxış edəcək.
Modern.az xəbər verir ki, TASS bu barədə Rusiya Prezidentinin müşaviri və forumun Təşkilat Komitəsinin məsul katibi Anton Kobyakova istinadən məlumat yayıb.

Kobyakov bildirib ki, Putin plenar iclasda çıxış edərkən onun açıqlamalarına hər zaman xüsusi diqqət yetirilir.

“Çoxlu mühüm açıqlamalar olacaq. Əlbəttə, Qərbə dövlət başçısının çıxışını izləmək tövsiyə olunur”, - deyə Kobyakov vurğulayıb.

Şərq İqtisadi Forumu sentyabrın 1-dən 4-dək Vladivostok şəhərində, Rusiyanın Uzaq Şərq Federal Universitetinin Russki adasındakı kampusunda keçiriləcək.

2026-cı ildə forumun əsas mövzusu “Uzaq Şərq – insanların rifahı naminə inkişaf” olacaq.

Qeyd edək ki, Putin avqust ayında ilk dəfə Kuril adalarına səfər edib. Rusiya Prezidenti burada rusların “genetik kodu” barədə danışaraq, “Bizim belə insanlarımız var. Qaliblərin genetik kodu” ifadəsini işlədib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью