Putin Valdayda dedi: top onlardadır Lavrov

14.11.2024

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Moskva Donald Trampın administrasiyasında Vaşinqtonla əlaqələrə açıqdır, “top” ABŞ tərəfdədir”.

Globalinfo.az-ın oxu.az-a istinadən xəbərinə görə, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.

“Prezident Vladimir Putin “Valday” beynəlxalq müzakirə klubunun iclasında dedi ki, həmişə ünsiyyətə hazırdır və onu biz dayandırmamışıq – “top” qarşı tərəfdədir”, – deyə Lavrov bəyan edib.

Bununla yanaşı, o vurğulayıb ki, Rusiyanın ABŞ-nin yeni administrasiyasından hər hansı gözləntiləri yoxdur.

“Gözləntilər və fərziyyələr olmayacaq. Konkret işlərə görə mühakimə edəcəyik”, – deyə nazir qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью