Putin və Ərdoğan telefonla Suriyadakı vəziyyəti müzakirə etdilər

03.12.2024

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, söhbət Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub:
“Suriyada kəskin şəkildə pisləşən vəziyyət ətraflı müzakirə edilib. Ölkələrin liderləri nizamlanma yollarını tapmaq üçün əlaqə saxlamağa razılaşıblar. Liderlər həm ikitərəfli formatda, həm də Astana prosesi çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər. Suriyada vəziyyətin normallaşdırılmasında Rusiya, Türkiyə və İranın gələcək yaxın koordinasiyasının vacibliyini qeyd ediblər”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью