Putin və Lukaşenko hərbi məsələləri müzakirə edəcək

05.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

Rusiya və Belarus prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko Birlik Dövləti Şurasının iclasında müdafiə məsələlərindən danışacaqlar.

Teleqraf.com xəbər verir ki, bu barədə rəsmi Kreml məlumat yayıb.

Rusiya və Belarus liderləri dekabrın 6-da Minskdə keçiriləcək Birlik Dövləti Şurasının iclasında iştirak edəcəklər. İki ölkə arasında birgə müdafiə məkanının gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью