Putin və Orban arasında telefon danışığı olub

17.10.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Rusiya Prezidenti Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orbanla telefonla danışıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O, Kremlin tezliklə Macarıstanın Baş naziri Orbanla telefon danışığı barədə məlumat yayacağını söyləyib. "Cənab Orban özü də Putinlə danışmaq niyyətində olduğunu qeyd edib. Bu telefon danışığı baş tutub", Putinin sözçüsü qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью