Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İran və Rusiya prezidentlərinin gələn həftə Qırğızıstanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşü planlaşdırılır.
Al Jazeera xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib.
Onun sözlərinə görə, İran prezidenti Məsud Pezeşkianla Rusiya prezidenti Vladimir Putin avqustun 31-də Bişkekdə başlayacaq ŞƏT sammiti çərçivəsində ikitərəfli görüş keçirəcəklər.
ŞƏT-nin dövlət başçıları sammitinin Bişkekdə avqustun 31-dən sentyabrın 1-dək keçirilməsi nəzərdə tutulur.