Putin və Pezeşkian Suriyadakı vəziyyəti müzakirə edib

02.12.2024

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pəzeşkian arasında telefon danışığı olub.

APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Suriyadakı gərginləşən vəziyyət müzakirə olunub.

Bundan başqa, Rusiya ilə İran arasında əməkdaşlığın inkişafına dair aktual məsələlər barədə fikir mübadiləsi aparıblar. Gələcək təmaslar barədə razılıq əldə olunub.

Kreml telefon danışığıın İran tərəfinin təşəbbüsü ilə baş tutduğunu yazıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью