Putin və Pezeşkian Türkmənistanda görüşməyə vaxt tapdılar

09.10.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Vladimir Putinlə görüşdə İran Prezidenti Məsud Pezeşkian Tehran-Moskva əlaqələrinin davamlı olaraq genişləndiyini vurğulayıb.

“Yeni Sabah” IRNA-ya istinadla xəbər verir ki, o, Rusiya Prezidenti ilə Türkmənistanda keçirilən MDB liderlərinin zirvə toplantısı və Xəzər Dənizi Ətraf Mühit Zirvəsi çərçivəsində görüşüb.

M.Pezeşkian ABŞ-İran gərginliyində Rusiyanın mövqeyini yüksək qiymətləndirib: pizza sifarişi

“Həm regional səviyyədə, həm BMT-də dəstəyinizə yüksək dəyər veririk. Səylərimiz müharibəyə son qoymaq və İran xalqının hüquqlarının beynəlxalq hüquq çərçivəsində hörmət edilməsini təmin etməkdir”.

V.Putin müharibəyə son qoymaq üçün Tehranın yeni təkliflərinə toxunub: “Moskvanın bu məsələdəki mövqeyi tamamilə aydındır və Rusiya bunu diplomatiya yolu ilə həll etmək üçün bütün səylərini göstərəcək”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью