Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Putin və Si yırtıcıdırlar. Onlar ABŞ-ın qaraciyərini lobya və əla “Kyanti” şərabı ilə yemək istəyirlər.
Axar.az xəbər verir ki, bunu respublikaçı senator Con Kennedi NBC kanalının efirində deyib.
Kennedinin sözlərinə görə, Tramp mühüm məsələlərlə, xüsusilə də Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı Si və Putinə təzyiq göstərməlidir.
“Gözəl sözlərin faydası yoxdur. Güc nümayiş etdirməlisiniz. Qətiyyət nümayiş etdirməlisiniz”, - o bildirib.