Putin və Si Cinpin görüşəcəklər

02.11.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində ikitərəfli görüş keçirəcəklər.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Pekində Çin Xalq Siyasi Məşvərət Şurasının rəhbəri Van Huninlə görüşü zamanı məlumat verib.

Matviyenkonun sözlərinə görə, Rusiya və Çin liderləri ölkələr arasında əməkdaşlığı görünməmiş yüksək səviyyəyə çatdırıblar. O bildirib ki, liderlər mütəmadi olaraq görüşürlər və cari ildə artıq iki dəfə bir araya gəliblər.

Federasiya Şurasının sədri Moskva ilə Pekin arasında əməkdaşlığın sabit və dinamik inkişaf etdiyini, iki ölkənin beynəlxalq arenada fəaliyyətlərini fəal şəkildə əlaqələndirdiyini vurğulayıb.

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью