Putin və Şolts Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

15.11.2024

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla telefon danışığında Yaxın Şərqdə gərginləşən münaqişəni müzakirə edib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin Şoltsla Rusiyanın bölgədəki böhranı aradan qaldırmaq və sülh yolu ilə həll yollarını axtarmaq səyləri haqqında məlumat verib.
Qeyd edək ki, noyabrın 15-də Vladimir Putin və Olaf Şolts 2022-ci ilin dekabrından bəri ilk dəfə telefonla danışıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью