Putin və Szinpin əməkdaşlığı dərinləşdirir ISW dialoqu dəyərləndirdi | Icma.az
Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çinin lideri Si Szinpin və Rusiya prezidenti Vladimir Putin telefon danışığı aparıb və bu müddətdə ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər.
Müxtəlif sahələrdə – siyasi, iqtisadi və enerji sahəsində əməkdaşlıq dərinləşdiriləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Müharibəni Öyrənmə İnstitutunun (ISW) yeni hesabatında qeyd edilir.
"Putin və Si xarici siyasət, enerji və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsini vurğulayaraq ənənəvi mövzuları təkrarlayıblar”, – deyə hesabatda qeyd olunub.
ISW-nin analitiklərinin bildirdiyinə görə, Putinin köməkçisi Yuri Uşakovun sözlərinə əsasən, Rusiya prezidenti Si ilə Ukraynadakı müharibəni və hər iki ölkənin ABŞ-la münasibətlərini də müzakirə edib.
Lakin bu mövzular Kremlin rəsmi açıqlamasında qeyd olunmayıb.
Uşakovun sözlərinə görə, Si Putinə ABŞ prezidenti Donald Tramp ilə keçirdiyi telefon danışıqlarında nələr müzakirə edildiyi barədə məlumat verib.
Tam oxu
Xəbəri oxu