Putin və Szinpin mənə söz verdi ki... Tramp

24.07.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Çin Sədri Si Szinpin və Rusiya Prezidenti Vladimir Putin İrana silah tədarük etmək planlarının olmadığı barədə onu əmin ediblər.

Axar.az xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp "Truth Social"da yazıb.

D.Trampın sözlərinə görə, Pekindəki son görüş zamanı Si Szinpin ona heç bir halda İrana silah tədarük etməyəcəyini və ya satmayacağını bildirib.

Ağ Ev rəhbəri eyni zamanda qeyd edib ki, oxşar təminatları Rusiya Prezidenti Vladimir Putindən də alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью