Operativmedia portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev, Ufada keçiriləcək iki ölkə arasında regionlararası əməkdaşlıq forumunda videokonfrans vasitəsilə iştirak edəcəklər.
"Operativ Media" xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Səfər çərçivəsində dövlət başçıları Qazaxıstan və Rusiya arasında XX Regionlararası Əməkdaşlıq Forumunda videokonfrans vasitəsilə iştirak edəcəklər”. - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Putin Tokayevin dəvəti ilə noyabrın 27-də Astanaya səfər edəcək