Putin və Tokayev münasibətləri gücləndirir

27.11.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putin və qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev iki ölkə arasındakı münasibətləri müzakirə ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O, danışıqlar zamanı ikitərəfli əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivlərinin müzakirə olunduğunu bildirib.

Peskovun sözlərinə görə, prezidentlər iki ölkə arasında ticarət dövriyyəsinin artmaqda davam etdiyini vurğulayıblar. O, bu dinamikanı müsbət qiymətləndirərək münasibətlərin bütün mümkün sahələrdə inkişaf etdiyini qeyd edib.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью