“Putin və Tramp arasında konstruktiv dialoq qurulub” Peskov

09.07.2026

Icma.az, 525.az saytına istinadən bildirir.

“ABŞ prezidenti Donald Tramp hələlik prezident Vladimir Putinə zəng etməyib”.

525.az xəbər verir ki, bunu Putinin  mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, bəzi fikir ayrılıqlarına baxmayaraq, iki lider konstruktiv dialoq qurub.

"Putin dialoqa açıqdır. "Prezident Tramp Ankaradakı təmasları nəzərə alsaq, çox məşğul görünürdü, buna görə də telefon danışığı olmayıb. Prezident Putin onunla həmişə danışmağa şaddır. Mövcud ola biləcək müəyyən fikir ayrılıqlarına baxmayaraq, tərəflər həqiqətən də konstruktiv dialoq aparırlar", - Peskov deyib.

İyulun 8-də Ankarada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdə Tramp günün sonuna qədər Putinlə telefon danışığı planlaşdırdığını bildirib.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью