Putin və Tramp arasında uğurlu danışıqların əsas şərti ELAN OLUNDU

18.01.2025

Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında danışıqların uğurlu olması üçün birincisi başa düşməlidir ki, Rusiya Ukraynada qalib gəlib.

Publika.az xəbər verir ki, geosiyasi ekspert, Helsinki Universitetinin professoru Tuomas Malinen "X" sosial şəbəkəsindəki səhifəsində bunu əsas şərt kimi qeyd edib.

Malinenin sözlərinə görə, Ukraynadakı münaqişədə vəziyyət elə inkişaf edir ki, rus qoşunlarının irəliləməsinin dərinliyi rusların öz istəklərindən asılıdır və Qərb bu faktı nəzərə almalıdır.

"Bu, faktdır və bütün sülh danışıqları üçün başlanğıc nöqtəsidir", - deyə ekspert əlavə edib.

Vazeh BƏHRAMOĞLU

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью