“Putin və Tramp arasında yeni telefon danışığı ilə bağlı dialoq davam edir”

17.04.2025

Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Rusiya Prezidenti Vladimir Putin və ABŞ dövlət başçısı Donald Tramp arasında yeni telefon danışığı ilə bağlı dialoq davam edir, lakin hələlik razılaşma yoxdur”. 

Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

“Liderlərin telefon danışığı barədə hələ ki, heç bir razılıq əldə olunmayıb”, - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov da bundan öncə bildirib ki, Putin və Tramp arasında yaxın vaxtlarda telefon danışığı nəzərdə tutulmayıb.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью