Putin və Tramp bu ölkədə görüşə bilərlər

12.01.2025

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsveçrə ABŞ və Rusiya prezidentləri - Donald Tramp və Vladimir Putin arasında Ukrayna münaqişəsinin həlli üçün sammitə ev sahibliyi etməyə hazırdır.

“Cebheinfo.az” xəbər verir ki, bunu İsveçrə Xarici İşlər Nazirliyinin kommunikasiyalar üzrə rəhbəri Nikolas Bidault “Le Temps” nəşrinə bildirib. 

"Bürgenstokda keçirilən sammitdən sonra Ukrayna, Rusiya və ABŞ müntəzəm olaraq sülhün bərqərar olması üçün istənilən diplomatik səyləri dəstəkləməyə hazır olduğumuz barədə məlumatlandırıldılar", - Bidault bildirib.

Həm Vladimir Putin, həm də Donald Tramp əvvəllər belə görüşdə iştirak etməyə hazır olduqlarını bəyan ediblər.

Xəzər
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью