Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Finlandiya Prezidenti Aleksandr Stubb Donald Tramp və Vladimir Putin arasında görüşün yeri və tarixi ilə bağlı təklif irəli sürüb.
Globalinfo.az xəbər verir ki, Stubb noyabrın sonlarında Cənubi Afrikanın Yohannesburq şəhərində baş tutacaq G20 sammitində danışıqların keçirilməsini təklif edib.
O, görüşdə ABŞ-da sınaqdan keçirilməsi planlaşdırılan nüvə silahları ilə bağlı məsələlərin müzakirəsinin vacibliyini vurğulayıb.
Finlandiya lideri həmçinin NATO-nun ölkənin nüvə müdafiəsini təmin etdiyini diqqətə çatdırıb.
“Əvvəllər biz müdafiə məsələsini özümüz həll etməli idik, amma o zaman qlobal vəziyyət fərqli idi. İndi biz bütün əsas strukturlarda iştirak edirik”, – Stubb vurğulayıb.
Əliyar Xəlil