Putin və Tramp dialoqu davam etdirəcək Uşakov

19.05.2025

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Putin və Tramp Ukrayna da daxil olmaqla, bütün mövzularda dialoqu davam etdirmək barədə razılığa gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.

“Prezidentlər toxunulan bütün məsələlər, o cümlədən Ukrayna mövzusunda dialoqu davam etdirməyə razılaşıblar,” – deyə Uşakov bildirib.

Uşakovun sözlərinə görə, Donald Tramp söhbət zamanı Rusiyanı ABŞ-ın ticarət-iqtisadi sahədə ən vacib tərəfdaşlarından biri kimi gördüyünü də bəyan edib.

Bundan başqa, Uşakov bildirib ki, söhbət zamanı Putin Trampı 11-ci nəvəsinin dünyaya gəlməsi münasibətilə də təbrik edib.

Aysel Əliyeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью