Putin və Tramp görüşü ilə bağlı Kremldən yeni açıqlama

10.01.2025

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“Putin Trampla görüşməyə hazırdır”.

Gununsesi.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Donald Tramp arasında təmaslar ABŞ-nin yeni seçilmiş prezidenti rəsmi olaraq vəzifəyə başladıqdan sonra mümkünləşə bilər.

“Biz qarşılıqlı hazırlıq əsasında görüşə razıyıq. Lakin çox güman ki,Tramp Oval kabinetə daxil olduqdan sonra bu istiqamətdə müəyyən addımlar atılacaq. Moskva Trampın Putinlə dialoq qurmaq istəyini alqışlayır. Biz görürük ki, Tramp da problemləri dialoq yolu ilə həll etməyə hazır olduğunu bəyan edir. Ancaq hələlik heç bir konkret məlumat yoxdur. Rusiya və ABŞ prezidentləri arasında danışıqlar üçün heç bir ilkin şərt tələb olunmur. Dialoq aparmaq üçün qarşılıqlı istək və siyasi iradə lazımdır”, – Peskov vurğulayıb.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью