Putin və Tramp görüşünün detalları: Nələr mühazirə edilib? KONKRET

16.10.2025

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Putin və Tramp arasındakı telefon danışığının detalları açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, telefon danışığı təxminən iki saatdan çox davam edib.

Ukrayna böhranı əsas müzakirə mövzusu olub.

Tramp Ukraynada tezliklə sülhün bərqərar olmasının vacibliyini vurğulayıb.

“ABŞ prezidenti bildirib ki, münaqişəyə son qoyulması əməkdaşlıq üçün çox vacibdir. Eyni zamanda Ukraynaya “Tomahavk” raketlərinin tədarükü məsələsinə də toxunulub. Putin bunun döyüş meydanında vəziyyəti dəyişməyəcəyini, lakin ölkələr arasında münasibətlərə ciddi ziyan vuracağını açıqlayıb”, – Uşakov vurğulayıb.

Müşviq Tofiqoğlu 

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью