Putin və Tramp hər an bir birinə zəng edə bilər: Peskov

26.02.2025

Manset saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremldə Vladimir Putinlə Donald Trampın görüşü ilə bağlı hələlik heç bir açıqlama yoxdur.

Manset.az xəbər verir ki, onun sözlərinə görə, zərurət yaranarsa, iki ölkə liderləri daha bir söhbət də keçirə bilərlər.

“Dialoq bərpa olunub. Amma hələlik belə planlar yoxdur. Lakin bu planlar bəzi aktual problemlərin həlli üçün tez dəyişə bilər”.

Qeyd edək ki, Putin və Tramp ilk dəfə fevralın 12-də telefonla danışıblar. Söhbət zamanı Vladimir Putin amerikalı həmkarını Moskvaya səfərə dəvət edib. Dünən, fevralın 25-də Donald Tramp Rusiya prezidenti ilə yaxın vaxtlarda görüşə biləcəyini bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью