Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
“Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp telefon danışığı zamanı APEC sammitində (Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı) Rusiya–ABŞ–Çin üçtərəfli sammitinin keçirilməsi imkanını müzakirə ediblər”.
525.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, belə bir imkan olacaq:
“Şübhəsiz ki, daha əvvəl də belə bir potensial imkan barədə danışılıb və belə bir imkan olacaq”.
Xatırladaq ki, APEC ölkələrinin təsisçiləri Avstraliya, Bruney, İndoneziya, Kanada, Malayziya, Yeni Zelandiya, Sinqapur, ABŞ, Tailand, Filippin, Koreya Respublikası və Yaponiyadır. Bundan əlavə, təşkilatın tərkibinə Çin, Meksika, Papua-Yeni Qvineya, Çili, Rusiya, Vyetnam, Peru, həmçinin Çinin Syanqonq (Honkonq) və Tayvan əraziləri də daxildir.
Pərvanə Sultanova