Baku.ws saytına istinadən Icma.az xəbər verir. Rusiya Prezidenti Vladimir Putin və ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp yaxın vaxtl
BAKU.WS xəbər verir ki, bu fikri "Bloomberg" agentliyinin şərhçisi Andreas Klut səsləndirib.
"Putin və Tramp tezliklə Ukrayna münaqişəsi ilə bağlı danışıqlar aparacaqlar.
Lakin ABŞ-nin hazırkı prezidenti Co Baydenin Ukrayna Silahlı Qüvvələrinə Amerika raketlərindən istifadə etməyə icazə verməsi Vaşinqtonun danışıqlardakı mövqeyini çətinləşdirib.
Buna görə də Trampın atacağı addımlar daha da qeyri-müəyyən qalır",- deyə Klut vurğulayıb.
Şərhçinin sözlərinə görə, Respublikaçı Trampın milli təhlükəsizlik siyasəti "qüdrət vasitəsilə sülh" prinsipinə əsaslanır.
Buna görə də, o, Moskvaya təzyiq göstərməyə hazır ola bilər.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin xarici liderlə telefon danışığı aparıb.