Icma.az bildirir, Sia Az saytına əsaslanaraq. Hazırda dünya siyasətinin ən əcaib oyunlarından birinə şahidlik edirik.
“Cəlladlar və onların qurbanları aşkarca göz qarşısındadırlar.
Co Baydenin qanlı əsəri sayılan Ukrayna “müharibəsi” ucbatından on minlərlə ukraynalı öldürüldü, yüz minlərlə insan dünyanın dörd yanına səpələndi getdi.
Soyuq fevral günündə, şaxtada-çovğunda hara gəldi qaçan, yollarda məhv olan ukraynalıların o dəhşətli görüntüləri hələ də gözlərimin qarşısındadır.
Siyasət və milyard dollarlar qazanmaq naminə, silah ticarəti üçün bu insanlar qurban verildilər.
Əlbəttə, bütün siyasətlərin isti yorğan kimi bürünüb özünə haqq qazandırdığı ideyalar, “nəyinsə naminə, nəyə görəsə” kimi ifadələr, siyasi iyrənclik kimi bir vaxtlar dəbdə olan “demokratiya” şüarı və sairə...
İndi məlum olur ki, C.Baydenin başlatdığı bu qanlı BİZNES və KORRUPSİYA oyunu müharibə deyil, elə əsl oyun imiş və bütün tərəflərə milyardlar qazandırıbmış.
Təkcə yeni Ağ Ev sahibi Donald Trampın Ukraynaya xərclənən milyardlarla bağlı sorğu-suala başlaması, Kiyevə göndərilən pulları geri istəməsi, üstəlik Ukraynanın iştirakı olmadan Vladimir Putinlə Ukraynanı bölüşdürmək üçün hərəkətə keçməsi, müharibə adı verilmiş bu qanlı oyuna siyasət əvəzinə ticarət kimi yanaşması bütün dediklərimi təsdiqləyən faktlardır.