Putin və Trampın tarixi görüşü ABŞ də baş tuta bilər: Yeni DETALLAR

04.03.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında görüş ABŞ ərazisində baş tuta bilər.

Oxu.Az xəbər verir ki, bu barədə "Daily Storm" Kremlin rəsmi nümayəndəsi Dmitri Peskovun bəyanatına istinadən məlumat verib.

Rusiya dövlət başçısının mətbuat katibinin sözlərinə görə, gələcək danışıqların yerinin ciddi əhəmiyyəti yoxdur.

"Əsas odur ki, görüş yaxşı hazırlanmalıdır", - Peskov bildirib.

Qeyd olunur ki, Türkiyə, Serbiya və BƏƏ hökumətləri artıq müvafiq görüşün təşkil edilməsini təklif ediblər. Onun nə vaxt baş tutacağı ilə bağlı hələlik məlumat yoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью