Putin və Trampın xüsusi nümayəndələri görüşdü

03.04.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Rusiya Prezidenti Valadimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Vaşinqtonda ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffla görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi amerikalı rəsmilərə istinadla məlumat yayıb.
Agentliyin verdiyi məlumata görə, görüş aprelin 2-də baş tutub.
Danışıqların məzmunu hələlik məlum deyil.
Vaşinqtona gəldikdən sonra Dmitriyev “X” sosial şəbəkəsində qısa yazı dərc edib. O, siyasətdən asılı olmayaraq, ABŞ və Rusiya arasında dialoqun vacib olduğunu və hamı üçün daha təhlükəsiz və daha firavan dünya qurmaq məqsədi daşıdığını bildirib.
Digər tərəfdən, Kirill Dmitriev 2022-ci ildə Ukraynada müharibə başlayandan bəri Rusiya hökumətinin ABŞ-yə rəsmi səfər edən ilk yüksək rütbəli nümayəndəsi olub.
Dmitriyev Rusiya və ABŞ nümayəndə heyətlərinin fevral ayında Səudiyyə Ərəbistanında keçirilən görüşündə iştirak edib.
O, Rusiya hökumətinin digər nümayəndələri ilə birlikdə ABŞ-nin sanksiya siyahısındadır.
CNN telekanalının məlumatına görə, ABŞ Dmitriyevin Vaşinqtona getməsinə icazə vermək üçün ona qarşı sanksiyaları müvəqqəti olaraq dayandırıb.
Qeyd edək ki, Stenford Universitetinin məzunu olan 49 yaşlı Dimitriyev Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, həmçinin Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsidir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью