Putin və Trampla bağlı ilginc iddia: eyni təyyarədə... | Icma.az
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin Macarıstana eyni təyyarədə gedəcəyi ilə bağlı iddialar yayılıb.
Globalinfo.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov buna münasibət bildirib.
“Mən bunu fantaziya ssenarisi kimi qiymətləndirirəm”, – Kreml sözçüsü deyib.
Qeyd edək ki, oktyabrın 16-da Putin və Tramp arasında səkkizinci telefon danışığı olub.
İki lider növbəti iki həftə ərzində Macarıstanın paytaxtında baş tuta biləcək görüş barədə razılığa gəliblər.
Əliyar Xəlil Globalinfo.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu