Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə tezliklə görüş keçirməyə ümid edir.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Tramp Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Düşünürəm ki, Rusiya və Ukrayna ilə böyük irəliləyiş əldə edirik. Tezliklə görüş təşkil olunacaq”, - o deyib.
Görüşün kiminlə planlaşdırıldığına dair suala isə Ağ Ev rəhbəri “Prezident Putin və Prezident Zelenski ilə”, - deyə cavab verib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin