Putin və Zelenski parkda dalaşan balaca uşaqlardır...

05.06.2025

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu açıqlayıb.

AzPost bildirir ki, o bu barədə Ağ Evdə Almaniya kansleri ilə keçirdiyi görüşdən sonra bildirib.

“Sülh sazişi bağlaya bilməyəcəyimiz an gələndə, o anda biz çox sərt olacağıq. Amma bu, iki ölkəni də (Rusiya-Ukrayna-red)  əhatə edə bilər”.  – Tramp deyib.

ABŞ prezidenti bildirib ki, o, Putindən Rusiya hərbi aerodromlarına hücuma görə, Ukraynaya cavab  verməməyi xahiş edib. Eyni zamanda, Trampın fikrincə, Rusiya cavab verəcək, çünki onun başqa seçimi yoxdur.

Tramp Rusiya və Ukrayna prezidentlərini parkda dava edən balaca uşaqlarla da müqayisə edib.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью