Putin və Zelenski yaxın vaxtlarda görüşə bilərlər Tramp

08.07.2026

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin yaxın vaxtlarda görüşə biləcəyini bildirib.

Redaktor.az xəbər verir ki, Tramp bu barədə NATO-nun Ankarada keçirilən sammiti çərçivəsində Zelenski ilə görüşü zamanı jurnalistlərə açıqlamasında deyib.

ABŞ Prezidenti qeyd edib ki, belə bir görüşün Moskvada keçirilməsi ehtimalı azdır.

Tramp son bir neçə həftə ərzində Rusiya-Ukrayna münaqişəsinin nizamlanması istiqamətində "böyük irəliləyiş" əldə olunduğunu vurğulayıb. O bildirib ki, həm Putin, həm də Zelenski mürəkkəb danışıqlar aparan liderlər olsalar da, hər iki tərəf döyüşlərin başa çatmasında maraqlıdır.

ABŞ lideri münaqişənin həlli üçün Kiyevə təhlükəsizlik təminatlarının verilməsinin zəruri olmaya biləcəyini də istisna etməyib. Bununla yanaşı, Vaşinqtonun bu məsələ üzərində işləməyə davam edəcəyini bildirib.

Tramp həmçinin gün ərzində Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırdığını da açıqlayıb.

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью