Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“Rusiya və Ukrayna prezidentləri Papa Fransiskin şərəfinə Pasxa atəşkəsini davam etdirsin”.
Globalinfo.az xəbər verir ki, bunu Papa ilə daim ünsiyyətdə olan Ümumdünya Köhnə Möminlər Birliyinin sədri Leonid Sevastyanov deyib.
“Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng vurmaq və atəşkəsin davam etdirilməsi istiqamətində danışmaq istərdim. Ən azından dəfn mərasiminə qədər bunu etmək olar”, – deyə o bildirib.
Qeyd edək ki, bu gün Roma Papası Fransisk (Xorxe Mario Berqoglio) vəfat edib.
O, 2013-cü il martın 13-də papa seçilib.
Əliyar Xəlil
Globalinfo.az