Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukrayna və Rusiyaya sülhə nail olmaq üçün aydın plan təqdim edib”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
O bildirib ki, planın reallaşması üçün tərəflərin razılığı lazımdır:
“Münaqişəyə son qoymaq olar, lakin hər iki ölkə yanaşmamıza “hə” deməlidir. Biz onlara yolu və finiş xəttini göstərmişik. İndi hər şey onların qərarından asılıdır”.
Rubio qeyd edib ki, administrasiya qarşılıqlı razılaşma əldə etmək üçün hər cür səy göstərəcək:
“Qarşıdakı həftəsonu münaqişənin həlli üçün yeni danışıqlar planlaşdırılır”.
Günay Rəsulqızı
Globalinfo.az