Putin Vitkof görüşü başladı KONKRET

11.04.2025

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof arasında görüş başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Kreamlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüş Sankt-Peterburqda keçirilir.

Vitkofun təyyarəsi Sankt-Peterburqun Pulkovo hava limanına eniş edib.

Qeyd edək ki, bu, Vitkofun Rusiyaya üçüncü səfəridir. Bundan əvvəl martın 13-də Moskvaya gedən xüsusi nümayəndə Rusiyanın yüksək səviyyəli nümayəndələri ilə görüşüb və axşam saatlarında Putin tərəfindən qəbul edilib.//“Qafqazinfo”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью