Putin xəbərdarlıq etdi: Rusiyanı qaz qıtlığı gözləyir, kömürə keçin | Icma.az
Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
Dünyanın ən böyük sübut olunmuş 60 trilyon kubmetrdən çox qaz ehtiyatına sahib olmasına baxmayaraq, Rusiya qaz qıtlığı ilə üzləşə bilər.
Qaynarinfo xəbər verir ki, bunu Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda prezident Vladimir Putin bildirib.
"Bizdə qaz qıtlığı yaranmaq üzrədir”, – deyə Putin Uzaq Şərq Federal Dairəsi regionlarının inkişaf nəticələrinin təqdimatında söyləyib.
O əlavə edib ki, xüsusi diqqət tələb edən başqa məsələlər də var: "Bizim enerji infrastrukturunun müxtəlif komponentləri arasında birləşmələr yoxdur, şəbəkə təsərrüfatının inkişafına ehtiyac var”.
Mümkün qaz qıtlığı ilə bağlı Putin kömürə keçidi təklif edib. Onun sözlərinə görə, kömür ehtiyatları "demək olar ki, min ilə bəs edər”.
"900 ilə qədər kömür ehtiyatlarımız var, bunlardan, şübhəsiz, daha səmərəli istifadə etmək, daha çox fayda almaq və bütün ekoloji tələblərə riayət etməklə işlətmək mümkündür”, – deyə prezidentin sözlərini TASS sitat gətirib.
Putinin sözlərinə görə, qaz qıtlığının əlamətləri artıq indi Uzaq Şərqdə görünür.
Tam oxu
Xəbəri oxu