Putin: Xəzər dənizi təkcə Rusiyada 20 min kvadrat kilometrdən çox azalıb

09.10.2026

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Son 20 ildə təkcə Rusiyada Xəzər dənizinin dayazlaşması təxminən 20 min kvadrat kilometr təşkil edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Türkmənistanda keçirilən Xəzər Ekoloji Sammitində çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, Xəzər dənizinin dayazlaşması investisiya cəlbediciliyinin azalmasına, iş yerlərinin itirilməsinə və Xəzəryanı regionlarda sakinlərin həyat keyfiyyətinin pisləşməsinə səbəb olur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью