GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Avropa İttifaqı ölkələrini Rusiya ilə bağlı real strategiya hazırlamağa çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin məlumatında qeyd olunub.
Bildirilib ki, Sibiqa Aİ ölkələrini Ukraynaya hərbi yardımı artırmağa və onun hərbi sənaye kompleksinə investisiya qoymağa səsləyib:
“Bundan əlavə, o hesab edir ki, Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulması üçün addımlar atılmalıdır. Nazirin sözlərinə görə, ya Rusiya prezidenti Vladimir Putin indi dayanacaq, ya da ciddi nəticələrlə üzləşəcək”.
Əliyar Xəlil
Globalinfo.az