Putin yaxın günlərdə Trampla danışmağı planlaşdırmır

15.04.2025

Dogru.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putin yaxın günlərdə amerikalı həmkarı Donald Trampla danışmağı planlaşdırmır.

Bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Yaxın bir neçə gün üçün cədvəldə belə bir söhbət yoxdur”, – Kremlin sözçüsü jurnalistlərə bildirib.

Peskov həmçinin qeyd edib ki, Putin Amerika liderinin xüsusi elçisi Steven Witkoff ilə ABŞ prezidenti ilə gələcək mümkün görüşə hazırlıqları ətraflı müzakirə etməyib.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью