Putin yenə Qarabağdan danışdı

02.09.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

Rusiya Prezidenti Vladimir Putin deyib ki, Qarabağ münaqişəsinin həlli Ermənistana bir çox faydalar gətirə bilər.

Modern.az xəbər verir ki, Putin bu barədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Rusiya lideri rəsmi İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanınmasına da münasibət bildirib.
“Bəlkə də bu qərarın (Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasının) Ermənistanın hazırkı rəhbərliyi üçün öz üstünlükləri var. Çünki bu vəziyyət səhifəni çevirməyə və artıq heç bir münaqişə olmadan irəliləməyə imkan verir.
İnsanları yeni yaşayış yerlərində yerləşdirmək, infrastrukturu blokadadan çıxarmaq, iqtisadiyyatda yeni həyata başlamaq, investisiyalar üçün sərhədləri açmaq və sair mümkündür. Əslində, üstünlüklər az deyil”, – Putin bildirib.
Rusiya Prezidenti deyib ki, Qarabağ məsələsi regionda baş verən proseslərin başlanğıc nöqtəsi olub.

“Bilirsiniz, mən yaxın keçmişi qurdalamaq istəmirəm, amma bütün hadisələr Qarabağ problemi ilə bağlı başladı...
Ermənistan rəhbərliyi, baş nazirin özü Praqada müvafiq sənədi imzaladı və Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıdı. Həmin andan etibarən bizim bu məsələ ilə bağlı mövqeyimiz çox ikili xarakter aldı. Biz Azərbaycanın daxili siyasi məsələlərinə müdaxilə edə və ya etməli idikmi?” – Putin bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью