Putin yeni doktirinanı imzaladı Nüvə silahı işə düşür?

19.11.2024

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

Rusiya prezidenti Vladimir Putin yenilənmiş nüvə doktrinasını təsdiqləyib.

Bakupost.az xəbər verir ki, yeni nüvə doktrinası Ukraynanın NATO raketləri ilə Rusiyanın sərhədlərinə hücum edəcəyi təqdirdə nüvə cavabı ehtimalını mümkün edir.

Yeni qaydaya əsasən, Rusiya “kritik təhlükə altında olduğu qənaətinə gələrsə” ballistik silahlara qarşı nüvə cavabı verə biləcəyini açıqlayıb.

İmzalanan sənəd Rusiyaya qarşı nüvə silahından istifadə edilmədiyi təqdirdə öz nüvə silahını işə salmayacağına dair öhdəliyini dəyişdirir.

Rusiya bu sənədlə nüvə müharibəsinə başlaya biləcəyini rəsmən ifadə etmiş oldu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью